Web Development
Müasir, sürətli və biznes məqsədlərinizə uyğun veb-saytların hazırlanması. Korporativ saytlar, landing page-lər, onlayn mağazalar və tam fərdi həllər ilə brendinizi rəqəmsal mühitdə gücləndirirəm.
Əməkdaşlığa açığam
Frilanser Web Developer & Wordpress Specialist. İdeyadan təhvilə — sürətli, müasir veb-saytlar və fərdi WordPress həlləri hazırlayıram.
17+
Uğurlu layihə
25+
Razı müştəri
5il
Təcrübə
Mən nə edirəm
Müasir, sürətli və biznes məqsədlərinizə uyğun veb-saytların hazırlanması. Korporativ saytlar, landing page-lər, onlayn mağazalar və tam fərdi həllər ilə brendinizi rəqəmsal mühitdə gücləndirirəm.
WordPress əsasında peşəkar veb-saytların yaradılması, mövcud layihələrin inkişafı və tam fərdiləşdirilməsi. WooCommerce həlləri, yeni funksiyalar, xüsusi inteqrasiyalar və biznesinizə uyğun custom həllərlə saytınızı daha güclü edirəm.
Axtarış sistemlərində daha yüksək mövqelər və davamlı orqanik trafik üçün texniki və on-page SEO optimizasiyası. Saytınızın görünürlüğünü artıraraq potensial müştərilərin sizi daha asan tapmasına kömək edirəm.
Saytınızdakı texniki problemlərin operativ aradan qaldırılması, təhlükəsizlik, performans və müntəzəm texniki dəstək. Saytınızın sabit və fasiləsiz işləməsini təmin edirəm.
Google Ads, Google Business Profile, SEM və e-poçt marketinqi ilə hədəf auditoriyanıza daha effektiv çatın. Reklam kampaniyalarını optimallaşdıraraq daha çox müraciət və satış əldə etməyə kömək edirəm.
SEO-optimallaşdırılmış mətnlər, UX yazıları və satışa yönəlmiş kopiraytinq ilə effektiv məzmun strategiyası hazırlayıram. Azərbaycan, Rus və İngilis dillərində peşəkar məzmun yaradaraq brendinizin dəyərini artırıram.
Haqqımda
Mən müasir və etibarlı rəqəmsal həllər hazırlayan freelance web developerəm. İstənilən texniki problemi həll edir, custom həllər yaradıram. Web development və rəqəmsal marketinq sahəsindəki təcrübəm sayəsində layihələrə həm texniki, həm də biznes və marketinq baxımından yanaşıram.
Layihənizi mənə etibar etdikdə, bütün prosesi öz üzərimə götürür, hər detalın qaydasında olduğuna diqqət edirəm. Məqsədim sizi əlavə qayğılardan azad etməkdir ki, siz rahatlıqla öz biznesinizə fokuslana biləsiniz.
Texnologİya & alətlər
Əlaqə saxlayın
Veb-saytlar, WordPress və WooCommerce həlləri, SEO, rəqəmsal marketinq və ya məzmun strategiyası — qısa və ya uzunmüddətli layihələr üçün açığam. Landing page, tam veb-sayt dizaynı, onlayn mağaza və ya sadəcə peşəkar məsləhət — gəlin danışaq.